Azərbaycan - Özbəkistan ədəbi əlaqələrində yeni dönəm - Qonağımız var - ŞƏKİLLƏR
29-06-2022 14:33
Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə ölkəmizşə gəlmiş Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şair-tərcüməçi Gülzirə Şəripova, Gülbahar Səid Qəni və tətcüməçi Güllalə Ruziyeva ilə Sumqayıt Poeziya Evində görüş keçirilib.Dalidag.az xəbər verir ki, görüşdə şəhərimizin ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verib, soy-kökü eyni olan millətin dostluğu, birliyi, həmrəyliyi üçün ədəbiyyatın, poeziyanın ən yaxşı təbliğat vasitəsi olduğunu vurğulayıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında qeyd edib ki, xalqlarımız arasında qarşılıqlı mədəni əlqələrin qurulması və inkişafı olduqca əhəmiyyətli və vacibdir.
Sonra Gülzirə Şəripovaya və Gülbahar SƏid Qaniyə Poeziya Evinin "Fəxri qonağı” diplomu təqdim edilib.
"Manevr.az" Media Qrupunun rəhbəri Namiq Dəlidağlı öz növbəsində Azərbaycan - Özbəkistan ədəbi əlaqələrindən danışıb, gələn qonaqlara diplom və xatirə hədiyyələri təqdim edib.
Qələm sahiblərindən Ofeliya Babayeva, Rafiq Oday, Nazilə Gültac, Natəvan Dəmirçioğlu, Hümbət Quliyev, Almaz Sahilə, Aida Eyvazlı, Gülnarə Cəmaləddin, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva, Xatirə Fərəcli, Şahməmməd Dağlaroğlu, Aləm Kəngərli, Asif Asiman, Mədaxil Cavadlı və başqaları qardaş ölkə şairlərinin şəhərimizə təşrif buyurmasından sevindiklərini bildirib, öz şeirlərini səsləndiriblər.
Sonda özbək qonaqlar yaradıcılıqlarından nümunələr söyləyib, Azərbaycan ədəbiyyatını, mədəniyyətini ürəkdən sevdiklərini, görüşdən çox məmnun qaldıqlarını ifadə ediblər.
İlhamə Məhəmmədqızı
(Şəkillər Şakir Rəhmanındı)
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 29-06-2022 14:33
Baxış sayı: 3640Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















