Reklam

Namiq Dəlidağlı ilə görüş keçirilib - ŞƏKİLLƏR
21-06-2022 21:07

Dalidag.az xəbər verir ki, "Kəlbəcərə dönürük" adlı görüş dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə "Çovdar və Şahkərəm" Cəmiyyətinin sədri Şükür Əzimov açaraq, görüşün məqsəd və məramını açıqladı.

Görüşün aparıcısı, filoloq Yelmar Mustafayev Namiq Dəlidağlının həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verdi. Ayrı-ayrı şeirlərindən nümunələr söylədi. Tənqidçilərin, ədəbiyyatşünüsların şairin yaradıcılığına xüsusi diqqət göstərdiyini nəzərə çatdırdı.

Şairin uşaqlıq dostu, hüquqşünas Vidadi Murtuzayev kiçik yaşlarından Namiq Dəlidağlının sözə, şeirə marağı olduğunu, hələ orta məktəbdə oxuduğu illərdə qələmə aldığı şeirləri, məqalələri və müxtəlif mövzulu yazıları ilə diqqət çəkdiyini dedi.

Qonaqlardan Dilşad Əzimova, Sübhi Abbasov, Fazil Əzimov, Murad Baxşəliyev, Mustafa Zamanov, Taleh Əmrahov, Xəqani İsmayılov, Mahir Abbasov, Müşfiq Bahadurov, Qasman Sabir oğlu, Qəlbinur Sadıqlı, Zabil Məmmədov, Qoşqar Abbasov, Rafiq Abbasov, Cahid Həsən oğlu, Elşən Əzimov, Ceyhun İsmayıl oğlu, Aqil Telman oğlu və başqaları müəllifin yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyib, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətirdilər.
Ənənəvilikdən uzaq, fərqli düşüncələrə söykənən, çərçivəsiz şeirlər müəllifinin birmənalı olaraq yenilikçi şair olduğu vurğulandı. Bildirildi ki, müəllif bu keyfiyyətlərlə təkcə Kəlbəcər mühitində deyil, Azərbaycan ədəbi cameəsində imzasını sevdirə və rəğbət qazana bilib.
Müəllifin "Əllidə ələnənlər" adlı növbəti şeirlər kitabı pandemiya dövrünə təsadüf etdiyindən geniş ictimaiyyətə təqdim olunmamışdı. Görüş əsnasında şair həmçinin kitabını imzalayaraq oxuculara hədiyyə etdi.
Tədbir boyunca aşıq İsmayılın ifasında müxtəlif saz havaları dinlənildi, şairin şeirlərindən nümunələr səsləndirildi. Müəllif yeni şeirlərini oxudu. Şairə qiymətli və xatirə hədiyyələri təqdim edildi.
Sonda N.Dəlidağlı təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, belə görüşlərin keçirilməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğuladı.
Sevinc Qərib
Azərbaycan Yazıçılar Birliyinin üzvü
































Yazı axını
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar