Dəlidağ.az-ın əməkdaşı yeni kitabını təqdim etdi - ŞƏKİLLƏR
17-06-2022 19:37
Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dalidag.az saytının baş redaktor müavini, istedadlı şair Sevinc Qəriblə görüş keçirilib.Dalidag.az xəbər verir ki, "DƏLİDAĞ" Ədəbi Birliyinin təşəbbüsü və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Yeganə Əhmədova açaraq, qonaqları salamladı və görüşün mahiyyəti, eyni zamanda Sevinc Qəribin yaradıcılığı barədə danışdı.
Tədbirin aparıcısı şair, jurnalist Namiq Dəlidağlı çıxışında müəllifin yaradıçılığındakı xüsusi məqamlara toxundu. Natiq S. Qəribin "DƏLİDAĞ" Ədəbi Birliyi və eyni adlı saytdakı fəaliyyətini yüksək dəyərləndirdi. N. Dəlidağlı birlikdəki və saytdakı səmərəli fəaliyyətinə, yaradıcılıq sahəsindəki uğurlarına, ədəbi nailiyyələrinə görə şairə Fəxri fərman və hədiyyə təqdim etdi.
Sözü müəllifə verdi. S.Qərib qonaqları salamlayaraq, görüşün təşkilatçılarına, təşəbbüskarlara öz təşəkkürünü bildirdi.
Kitabxananın əməkdaşı Xəyalə Seyidnurova müəllifin həyat və yaradıcılığı haqqında oxucuları məlumatlandırdı.
Şairlərdən Ofelya Babayeva, Firdovsi Cəfərxan, Qənirə Mehdixanlı, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Süleyman Sərraf, Məryəm Aslanqızı, jurnalistlərdən Aygün Hacıyeva, Rəna Təbəssüm, "Sumqayıtfakt.Az" saytının əməkdaşları Loğman Əhməd, Natiq İsmayıloğlu, Vüsal Ağa, Sumqayıt MİHİ-nin sədri Şahin Şəfiyev və başqaları öz çıxışlarında Sevinc Qəribin poeziyasının özünəməxsusluğundan, müəllifin fərqli üslubu və öz yolu olmasından söz açdılar, şeirlərindən nümunələr səsləndirdilər.
Tədbirdə müəllif yeni nəşr olunmuş "Ovcun əllərimin isti yuvası..." şeirlər kitabını oxuculara təqdim etdi.
Tədbir boyunca S. Qərib yeni şeirlərini oxudu və oxucuların suallarını cavablandırdı. “Ovcun əllərimin isti yuvası... ” adlı kitabını oxuculara hədiyyə etdi.
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 17-06-2022 19:37
Baxış sayı: 3856Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















