Reklam
Nəsiminin qəbirüstü barelyefi Ədəbiyyat Muzeyinə hədiyyə olunub
13-12-2019 19:02

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkiri, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib.
Dalidag.az xəbər verir ki, Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulan barelyef bu ekspozisiyaya daxil edilib.
Muzeyin direktoru Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.
Q.Məhərrəmli 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini və şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyini xatırladıb.
Dalidag.az

Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 13-12-2019 19:02
Baxış sayı: 3596Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























