Reklam

Moskvada Yunus Əmrənin büstü qoyulacaq
13-12-2019 18:49
Dalidag.az xəbər verir ki, komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”.
Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır. Voskresenski əlavə edib ki, bu abidənin qoyulmasına cavab olaraq, Ankarada planetin ilk kosmonavtı Yuri Qaqarinin abidəsi ucaldılacaq. “Türkiyə tərəfi məlumat verib ki, Moskvada qoyulacaq abidənin hazırlanmasına dair ən yaxşı layihə üçün qapalı müsabiqə elan ediləcək, bədii-arxitektura və işçi layihələşdirilməsi üçün maliyyə vəsaiti ayrılacaq. Bundan başqa, büstün uzunömürlü materialdan hazırlanması və onun Ankaradan Moskvaya çatdırılması təmin ediləcək. Qarşılıqlı razılaşmaya əsasən, postamentin hazırlanması və büstün ətrafındakı ərazinin abadlaşdırılması işləri Moskva hökumətinin büdcəsi hesabına həyata keçiriləcək. Hazırda Türkiyə tərəfi layihənin smetasını tərtib edir və onu diplomatik kanallarla Moskva hökumətinə çatdıracaq”, -deyə komissiyanın sədri vurğulayıb.
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar