Reklam
Azər Qocayev Ukraynadan təxliyə olunmuş Kəlbəcər rayon sakinlərini qəbul edib -ŞƏKİLLƏR
29-03-2022 18:32
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunmuş Kəlbəcər rayon sakinlərini qəbul edib.
Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib.Qəbulda Ukrayna Respublikasında yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq Moldova Respublikasına gedərkən yolda naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq həyatlarını itirmiş Kəlbəcər rayon sakinlərinin ailə üzvləri və doğmaları, eyni zamanda Ukraynadan təxliyə olunmuş Kəlbəcər rayon sakinləri iştirak edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev təxliyə olunmuş sakinləri qəbul edərək onları dinləmiş və mərhumların yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləmişdir.Rayon rəhbəri onları narahat edən məsələlərə geniş izah verərək, səsləndirdikləri tələblərin həlli istiqamətində aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib. Eyni zamanda rayon rəhbəri qeyd edib ki, hal-hazıradək Ukraynada yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq 76 nəfər Kəlbəcər rayon sakini ölkəmizə təxliyə olunub və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, Ukraynanın Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Nəticədə Kəlbəcər rayon Təkəqaya kənd sakinləri 56 yaşlı Rəhim İsmayılov, oğlu 27 yaşlı Azər Əlizadə, qardaşı 47 yaşlı Nemət İsmayılov hadisə yerində ölüb. İsmayılovların bacısı oğlu Kəlbəcər rayon Yellicə kənd sakini 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.
Qəbula gələn digər Kəlbəcər rayon sakinlərinin müraciətləridə dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlərin həlli olunması üçün müvafiq göstərişlərini verib.
Dalidag.az



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-03-2022 18:32
Baxış sayı: 2447Yazı axını
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
Ən çox oxunanlar


























