Reklam
Xankəndidə aksiya: separatçı qurum rəhbərliyi çarəsiz durumda - VİDEO
26-03-2022 11:48
Qarabağdakı terrorçu qruplaşmaların bölgəni tərk etməməsi, 10 noyabr 2020-ci il razılaşmasına əməl edilməməsi Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ermənilərin də həyatını iflic edib.
Terrorçu dəstələrin vəziyyəti gərginləşdirən təxribatları, magistral qaz kəmərinin sıradan çıxması nəticəsində yaşanan ağır durum erməniləri hövsələdən çıxarıb. Cümə günü Azərbaycanla mövcud vəziyyətin müzakirəsinin guya Vitali Balasanyana həvalə olunduğu iddia edilsə də, sonradan qarşı tərəf Araik Arityunyanın sərsəm fikrini təkzib etdi.
Martın 25-də, axşam saatlarında Xankəndidəki ermənilərin bir qrupu separatçı qurumun yerləşdiyi binanın önünə toplaşıb və vəziyyətlə bağlı etirazlarını səsləndiriblər. Onların qarşısına özünü “nazir” adlandıran Beqleryan, daha sonra isə baş separatçı Arutyunyan çıxıb və sakitlik yaratmağa cəhd edib. Ərazidə xeyli sayda polis mundirli qanunsuz dəstələr də gözə dəyib.
Kateqoriya: Karusel
Tarix: 26-03-2022 11:48
Baxış sayı: 3342Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























