Müharibə bu tarixədək başa çatacaq - Baş Qərargah AÇIQLADI

25-03-2022 10:58

Rusiyada müharibənin 9 may tarixinə - Qələbə gününə qədər başa çatdırılması ideyası təbliğ olunur. 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 
Baş Qərargahın sosial şəbəkə hesabında paylaşdığı məlumatda Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinə müharibənin 9 may 2022-ci il tarixinədək başa çatdırılması ideyasının təbliğ olunduğu diqqətə çatdırılıb. 
Qeyd edək ki, Rusiya Federasiyasında 9 may Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasına qalib gəldiyi tarix kimi tanınır. 1945-ci ildən bəri hər il 9 May Qələbə Günü kimi qeyd olunur. 
Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da, atəşkəs razılaşması əldə olunmayıb. Hazırda hərbi əməliyyatlar davam edir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya ordusu bugünədək döyüşlərdə 15 mindən çox hərbçisini itirib.modern.az

Dalidag.az


Kateqoriya: Karusel
Tarix: 25-03-2022 10:58
Baxış sayı: 3195
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını