Reklam
Keçmiş məktəb direktoru: "Məni hamı qınayır ki, o şərəfsiz gədəyə niyə çörək verirdin"
22-03-2022 12:45
Vəfa Əmiraslanova, İslam Əliyev
Son günlər ümumtəhsil məktəblərində baş verən xoşagəlməz hallar ictimaiyyətdə narahatçılıq yaradır. Xüsusilə də, məktəb direktorları ilə müəllimlər arasında yaranan neqativ hallar, ictimai qınağa, eləcə də narazılıqlara səbəb olur.
Hər kəsə məlumdur ki, ölkəmizdə bəzi məktəb direktorları öz işinin öhdəsindən layiqincə gəlmir, vəzifəyə təyin olunan kimi kollektivlə yola getmirlər. Onların əksəriyyəti təhsilin inkişafını deyil, daha çox şəxsi mənafelərini düşünür, öz maddi imkanlarını genişləndirməyə çalışırlar. Demək olar ki, direktorlarla müəllimlər arasında ən çox narazılıq dərs saatının düzgün bölünməməsi ilə bağlı olur. Direktor və müəllimlər arasında baş verən neqativ hallar təbii ki, şagirdlərə yaxşı nümunə deyil, eyni zamanda bu çəkişmələr məktəbdə dərsin keyfiyyətinə də öz mənfi təsirini göstərir, müəllim kollektivində haqlı narazılıqlar yaradır.
Təəssüflə qeyd edirik ki, bir müddət öncə Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbdə də direktorla müəllim arasında ciddi konflikt yaranmış, nəticədə kişi müəllimi təhqir edən direktor Vəfa Əmiraslanova işdən azad olunmuşdur. Bu barədə biz də xəbər yayımlamışdıq. Burda kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq fikrində deyilik. Sadəcə, bizə müraciət edən vətəndaşlara qarşı diqqətli olmağa, hər kəsin mövqeini işıqlandırmağa çalışırıq.
Bir neçə dəfə Dalidag.az saytı redaksiyası ilə əlaqə saxlayan Vəfa Əmiraslanova sözügedən məktəbin müəllimi İslam Əliyev tərəfindən gizli çəkilən, sosial şəbəkələrdə yayılan məlum videogörüntünü qeyri-etik hal kimi dəyərləndirir, bunun böhtan və özünə qarşı şantaj olduğunu bildirir. Vəfa müəllim onun da mövqeyini işıqlandırmağı bizdən xahiş etdi.
Dalidag.az olaraq məktubdakı qeyri-etik ifadələrə görə müəllimlərdən və oxucularımızdan üzr istəyir, keçmiş məktəb direktoru Vəfa Əmiraslanovanın redaksiyanın elektron poçtuna göndərdiyi məktubu oluğu kimi təqdim edirik:
“Kəlbəcər camaatım, eləcə də bütün həmkar yoldaşlarım bilirlər ki, mən uzun illərdir - 40 ildir ki, pedaqoji sahədə çalışmışam.
Kəlbəcər işğal olunan zaman 1 il Tərtər şəhərində, 28 ildir ki, Göygöldə yerləşən Kəlbəcər rayon 111 saylı tam orta məktəbində həm müəllim, 15 ildir ki, həmin məktəbin direktoru işləmişəm.
Bütün el-oba bilir ki, mən, Vəfa müəllim nə zülümlər çəkmişəm. Bunu bütün həmkar yoldaşlarım, bütün təhsil işçiləri, eləcə də bütün orda yaşayan Kəlbəcər camaatı bilirlər ki, çox əziyyətlər çəkmişəm. İşlədiyim müddətdə heç kəsin çörəyini kəsməmişəm. Bütün el bilir ki, bu günə qədər o məktəbi mən yaşatmışam. Mən həm də Kəlbəcər 123 saylı seçki dairəsinin, 39 saylı seçki məntəqəsinin sədriyəm. Məntəqəm də məktəbin yanındadır.
Allah məni yurdumdan didərgin salanların cəzasını versin. Mən işlədiyim müddətdə çoxlu fəxri mükafatlarım olub.
Ancaq onu bildirmək istəyirəm ki, neçə illər çörək verdiyim, savadsız, şərəfsiz, müəllim adına layiq olmayan, əxlaqsız hərəkətlərinə görə dəfələrlə həbs olunan 2021-ci ilin oktyabr ayında həmişəki kimi məktəbə ziddiyyət salıb şəhid bacısının dərsini də vermişik ki, bu qandan uzaqlaşam.
Durub gizli çəkiliş aparıb, özünün nalayiq sözlərini kəsərək, məni özümdən çıxardıqdan sonra dediyim sözləri sosial şəbəkələrdə kiminsə
göstərişi ilə mənə qarşı təxribat hazırlayıb.
Burda günah ona, yəni, Əliyev İslam Şahmurad oğluna saxta məişət sənədini verib, bizi zülmə salandadır. Onun üçüncü cinayəti atasının evini qarət etmişdir. Atası onun və onun arvadının boğazına itin zəncirini saldırıb həbs etdirmişdir. Atası mənə dedi ki, o itə çörək vermə, axırda səni tutacaq. Dedi ki, bunu allah öldürmür ki, mən bu töhmətlərdən qurtaram. O rəhmətlik kişinin sözünə baxsaydım, bu gün belə əsəbiləşməzdim.
Nə isə... Javel İslamdan, onun çirkin əməllərindən danışmaq üçün neçə günlərlə vaxt lazımdır. Onu da deyim ki, bütün məni tanıyan el bilir ki, mənim ürəyimdə çoxlu dərdlərim olmağına baxmayaraq ömrümü kişi kimi yaşamışam. Javel İslamı tanımayanlar elə bilirlər ki, müəllimdir.
Bütün kollektiv, eləcə də orada məskunlaşan insanlar bilirlər ki, mən ona və ailəsinə çox-çox təmənnasız çörək vermişəm.
Allah onun cəzasını verəcək. Məni hamı qınayır ki, o şərəfsiz gədəyə niyə çörək verirdin. Mən ona bənd olmurdum, çünki tayım-tuşum deyildi. Fikirləşirdim ki, o çox əxlaqsız işlərlə məşğul olub. Gecə-gündüz allaha yalvarırdım ki, Kəlbəcərə gedənə kimi əlimdən heç bir xəta çıxmasın. Amin allahım.
Onu da deyim ki, Javel İslam kimisinə əziyyət çəkməkdənsə qapıda bir qeyrətli it saxlasaydım, o mənim çörəyimi itirməzdi. Əminəm ki, heç kim məni qınamaz”, - deyə məktubda vurğulanır.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 22-03-2022 12:45
Baxış sayı: 21 566
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23