
Reklam
Qazaxları qətl edən Mirzoyanın nəvələri “xilaskar rolunda”: Qazaxıstan nələr itirdi?
07-01-2022 10:30

- Etirazların silahlı toqquşmaya keçməsi və xarici müdaxiləyə zəmin hazırlanması;
- KTMT-nin “qoşun yeritməsi”;
- Ölkə yanarkən, rusların yaşadığı bölgələrdə hər şeyin qaydasında olması;
Və baş verənlərin Rusiyanın planı olduğunu təsdiqləyən çoxsaylı məqamlar...
Rusiya keçmiş SSRİ-nin təsir zonasını yenidən bərpa etmək siyasətini gizlətmir. Qazaxıstan ssenarisinin hədəfi də budur və yaxın dövrdə Qazaxıstanın Rusiya ilə Belarus kimi “dərin inteqrasiyasını” görə bilərik. Qazaxlar bir-birinə silah çəkərkən, bəzi rus kanallarında SSRİ vaxtı verilən hava proqnozunn və mahnılarının səsləndirilməsi də Qazaxıstan üçün “ölüm zəngi”nə bənzəyirdi.
Rusiya mediası və ekspert cameəsi bir istiqamətə köklənib: xilas olmaq istəyirsənsə, “iki stulda əyləşmə” (burada Qazaxıstanın şaxələndirilmiş xarici siyasətinə işarə edilir) və sadiqliyini bildirərək, kömək istə.
Hadisələr göstərdi ki, lider faktoru önəmlidir və Nazarbayevin gedişindən dərhal sonra qazaxlar məhz lidersizlikdən itirdilər. Bundan sonra baş verənləri proqnozlaşdırmaq çətin deyil:
- Qazaxıstanıın müstəqilliyi sual altındadır: Moskvanın tapşırıqları bu ölkənin milli maraqlarından daha əhəmiyyətli olacaq;
- Türk dövlətlərinin təşkilatlanmasına ciddi maneələr yaranacaq: Mərkəzi Asiyanın digər türkdilli dövlətləri Qazaxıstan ssenarisini yaşamamaq üçün ehtiyatlı davranacaqlar və Moskvanın orbitində daha sıx birləşəcəklər; baş verənlər türk birliyinə ciddi zərbə oldu;
Qazaxlar nə demokratiya, nə də gələcək qazandı, əksinə 30 ildir irəliləy aparmaq istədikləri və müəyyən qədər nail olduqları müstəqilliklərini də itirdilər. Bütün bunların fonunda Azərbaycanda baş verənlərin “demokratiya” kimi təqdim edilməsi gülüş doğurur, həm də bu kampaniyada müxalifətin marağının olduğunu göstərir.
Asif Nərimanlı
Kateqoriya: Karusel
Tarix: 07-01-2022 10:30
Baxış sayı: 4324Yazı axını
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
Ən çox oxunanlar





























