"Doğma Kəlbəcərdən təsəlli tapdı, çəkirdi könlündə Ağdaban dağın..."
06-01-2022 18:42
30 dekabr 2021-ci ilin səhəri yayılan acı xəbər Kəlbəcər eli üçün ağır bir hadisə oldu. Şair-publisist, İctimai-siyasi xadim, Dədə Şəmşir yadigarı, elimizin əvəzsiz ağsaqqalı, dəyərli ziyalı Qənbər müəllim ömrünün 88-ci ilində haqq dünyasına qovuşdu…***
Dedilər itirdik ustad oğlunu,
Alışdı bu dərdə el-oba yandı.
Doğma balasıtək alıb qoynuna,
Torpaq sevincindən nura boyandı.
Doğma Kəlbəcərdən təsəlli tapdı,
Çəkirdi könlündə Ağdaban dağın.
Dözdü hər sınağa, hər çətinliyə,
Yaşatdı müqəddəs Şəmşir ocağın.
Çəkilib kənarda durmadı heç vaxt,
Elin ürəyində başdaydı yeri.
Əli çörəkliydi, qapısı açıq,
Üz tutan naümid dönməzdi geri.
Yaman ağır oldu bu acı xəbər,
Ağsaqqal itirdik müdrik yaşında.
Unutmaz Kəlbəcər adlı diyarı,
İzi var vətənin hər qarışında.
Xeyir əməllərdən bir yuva qurub,
Sazla, sözlə başa vurdu dünyasın.
Yığılsın alimlər təhlil eyləsin,
Qənbər Şəmşiroğlu “Akademiya”sın.
Əziz və sayğı-dəyər Qənbər müəllimin ruhuna dərin hörmətlə,
Samir Mustafayev
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 06-01-2022 18:42
Baxış sayı: 3654Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















