Reklam
"Kəlbəcərə Qayıdış" İctimai Birliyi Ali Baş Komandana mürciət etdi: dövlət qurumlarının biganəliyi...
24-09-2021 14:34
Tərtər olayları ilə bağlı "Kəlbəcərə Qayıdış" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına MÜRACİƏT etdi. Dalidag.az sözügedən müraciəti təqdim edir:
"Cənab Ali baş Komandan, ikinci Vətən müharibəsində sizin rəhbərliyiniz altında öz dogma xalqı ilə bir yumruq kimi birləşərək işğal altında olan ərazilərimizi mənfur düşmənlərdən 44 günlük döyüş müddətinə işgaldan azad etmiş rəşadətli Ordumuza qarşı Tərtər xəyanəti adı altında soyqırımı, terror aktı törədilmiş, amansız qətliam, cinayət Azərbaycan xalqının və eləcə də onun bir parçası olan Kəlbəcər ictimaiyyətinin çox böyük hiddətinə səbəb olmuş və böyük etirazlar dogurmuşdur. Uzun müddətdir Azərbaycan mətbuatında müzakirə olunan bu qanlı cinayətə aidiyyatı dövlət qurumlarının biganəliyi bizi məcbur etdi ki, Azərbaycan xalqına, onun ordusuna, dövlətinə və dövlətçiliyinə qarşı törədilmiş bu amansız, acımasız soyqırımı ilə bağlı Sizə müraciət ünvanlayaq. Sizə mürciət edərək, əmin olmaq istəyirik ki, Azərbaycan ordusunun igid, cəsur zabit və əsgərlərinə bu amansız qətliamı, cinayəti törətmiş cinayətkarlar öz layiqli cəzalarını alacaqlar."
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 24-09-2021 14:34
Baxış sayı: 2860Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























