Reklam
Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırlaşdı: ECMO cihazına qoşuldu
20-09-2021 18:37
Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazına qoşulub.Dalidag.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
O bildirib ki, M.Quliyevin səhhətində irəliləyiş yoxdur:
"ECMO cihazına qoşulu vəziyyətdədir. Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 20-09-2021 18:37
Baxış sayı: 2599Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























