Reklam
Kəlbəcərin işıqlı ömrü... - ŞƏKİLLƏR/VİDEO
19-08-2021 19:51

Bir müddət əvvəl Kəlbəcərə işıq çəkildi deyə gözəl, işıqlı bir xəbər aldıq. Hərəmiz bir cür yaşadıq, hərəmiz bir ayrı ifadə etdik 28 ildən sonra işığına qovuşan Kəlbəcərimizin xoş xəbərini. Kövrəldik, ağladıq, şadlandıq, uşaq kimi atılıb-düşdük. Təbii ki, yerə-göyə sığmayan sevincimizin, çağlayan göz yaşlarımızın bir nədəni vardı- möcüzə yurdumuz dirçəlir.
Bir müddət öncə işıqçılarımızın elə qurub-yaratdıqları binanın önündə qol götürüb oynayaraq sevinclərini ifadə etmələri bu xəbərin möhtəşəmliyini bir daha izhar etdi.
Amma bizim bildiyimiz elə bu qədərdi. Yəni, biz sadəcə nəticəni gördük və sevindik. Bu proses necə getdi, hansı çətinliklər bahasına başa gəldi? Bax, bu işin görünməyən tərəfidi. Kəlbəcərin relyefini, sərt iqlimini nəzərə alsaq, prosesin hansı mərhələlərdən keçdiyini ən azından düşünə bilərik. Əlbəttə, hər işin çətinliyi var. Fikirləşəndə ki, zirvəli dağlar, sıldırımlar üzərindən aparılıb bu iş, insanın içini qəribə hislər bürüyür. Əminəm ki, məsələnin mənəvi tərəfi stimul və yorulmazlıq ehtiva edib Kəlbəcəri işığına, bizi sevincimizə qovuşduranlara. Var olun, işıqçılar, ömrünüz işıq içində keçsin! Bizim də əlimizdən bu gəlir...
Təqdim etdiyimiz videoda Kəlbəcərin necə işıqlandığını, nəticənin başlanğıcını görəcəksiz:
Sevinc QƏRİB
Dalidag.az








Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 19-08-2021 19:51
Baxış sayı: 2578Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























