Reklam
Kəlbəcərdə şəhid olan məmurun yerinə TƏYİNAT - ŞƏKİL
13-08-2021 15:56

Kəlbəcər Rayon İcra Hakimiyyətinin (RİH) Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sabiq müavini, şəhid Arif Əliyevin yerinə təyinat olub.
Dalidag.az-ın unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev əmr imzalayıb.
Əmrə əsasən, Zahir İsmayılov Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini təyin olunub. O, bu təyinatadək Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 13-08-2021 15:56
Baxış sayı: 4312Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























