Reklam
Ter-Petrosyan: "Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir"
16-06-2021 14:00

"Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Bu məsələdə müttəfiqimiz yoxdur".
Dalidag.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu İctimai Televiziyanın efirindən bəyan edib.
O bildirib ki, Qarabağ probleminin həlli üçün ən əlverişli dövr 1994-cü il idi. Azərbaycan çox acınacaqlı vəziyyətdə idi, lakin status məsələsi həll olunmadı. İndi bütün DQMV ərazisi, eləcə də Laçın dəhlizi itirildi, əraziyə sülhməramlılar gətirildi.
Ter-Petrosyan, azad edilmiş ərazilərin daimi olaraq saxlanıla biləcəyini düşünməyi absurd hesab edib. “Bu sualda müttəfiq yoxdur və olmayıb. İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”,-deyə Ter-Petrosyan qeyd edib. Sabiq dövlət başçısı ikinci prezident Robert Köçəryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O bu ehtimalın təhlükəli olduğunu bildirib. Qeyd edib ki, bu problemlərə səbəb ola bilər.
"İndi orada Azərbaycan qoşunları var, əraziləri qaytarmaq yalnız müharibə vəziyyətində mümkündür. Robert Köçəryan açıqlaması ilə yeni bir müharibə vəd edir. Azərbaycanı kim tərk edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı ərazi bütövlüyünün bərpasına görə qınamadı. Bu dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”,- deyə o vurğulayıb.
Tərcümə: Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 16-06-2021 14:00
Baxış sayı: 2419Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























