Reklam

Kaş belə qatarla Kəlbəcərə gedəydik - Namiq Dəlidağlı
20-05-2021 22:08

Qəbələ, 18 may 20021-ci il
Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ilə bağlı rəsmi məlumat verilib. Bakı ilə Qəbələ arasında birbaşa dəmir yolu bağlantısını təmin edən bu yolun ölkə iqtisadiyyatına, insanlara faydasından da danışılıb. Yolun mədəniyyət oluğunu da bilirik. Bu gün ölkəmizin bir neçə bölgəsinə müasir elektrik qatarlarının işlədiyindən də xəbərdarıq. Buna misal olaraq Bakı-Gəncə, Bakı-Sumqayıt, indi isə yeni açılan Bakı-Qəbələ sürət qatarının adını çəkə bilərəm. Yol təkcə insanların bir bölgədən digərinə sərnişin kimi getməsi ilə bitmir. Yol həmin bölgənin hərtərəfli inkişafına xidmət edir. Bu gün çəkilən rahat, geniş avtomobil yolları, qatar yolları şübhəsiz ki, buna hesablanıb. Müasir dünyamızda tələblər də dünənki kimi deyil. İnkişaf həm də insanlarımızın mədəniyyətində, səyahətində özünü göstərir. Odur ki, yeni yol infrastrukturları, avadanlıqları, nəqliyyat vasitələri də günün tələblərinə uyğun olmaqla, istifadiçilərin komfortunu təmin etməlidir.

Haqq üçünə qeyd edim ki, bu qatar çox rahatdır və insanda yol yorğunluğu yaratmır. Səfərimiz zamanı həmişə adət etdiyimiz, yaddaşımızda yaxşı mənada haray çəkən "tak-tarak" səsini də eşitmədik. Və bəzən adama elə gəlir ki, qatar relslər üzərində hərəkət etmir, havada uçur və yaxud dayanıb. Dünənin nostalji hissi ilə yaşayan orta nəslin nümayəndələri hələ də "tak-tarak" havasında olsa da, müasir sərnişin sözsüz ki, yeni standartlara üstünlük verir. Bu günün tələblərini tam qəbul etməklə inkişaf yolunu dəstəklədiyini və yeniliklərin ona xoş olduğunu bildirir.
Məlumat üçün deyim ki, Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun tikintisinə 2018- ci ildən başlanılıb. Dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyindən torpaq yatağı yüksək qazma və tökmələrdən keçir. Bakıdan Qəbələyədək dəmir yolu xəti 311 kilometr, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Bakı-Qəbələ dəmir yolunun açılışı regional turizm üçün də mühüm hadisə kimi dəyərləndirilir. Qeyd olunur ki, Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir.
Onu da vurğulayım ki, yeni xəttin açılışı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən jurnalistlər üçün mediatur təşkil olundu və mətbuat nümayəndəlri Ləki stansiyası–Qəbələ birxətli dəmir yolu ilə tanış oldular. Əllidən artıq jurnalistin dəvət olunduğu açılışda həmçinin, təşkilatçı qurumun Mətbuat Katibliyi şöbəsinin rəisi Natəvan Bayramova, Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov, Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev iştirak edirdi.
Bütün hallarda yol, üstəlik relslər üzərindən hərəkət insanın düşüncələrinə, duyğularına təsir edir. İllərdir digər nəqliyyat vasitələri ilə getdiyin məkana, bu dəfə qatarla, həm də ilk sərnişin olaraq təşrif buyurursan. İçini bürüyən maraq qarışıq hislərinə ad verməkdə çətinlik çəkirsən. İnkişafa aparan yollarda müasirlik rəngini gördükcə sevinməyə bilmirsən və ixtiyarsız dilinə alqış sədası gəlir.

Qatarda bir şeir məclisi keçirdik. Yazın bu xoş çağında, insana hüzur, sevgi əxz edən may ayında qədim və gözəl Qəbələmizi görmək çox xoş oldu. Sevinmək duyğusunu coşduran təbiətin varını əsirgəmədiyi ulu Qəbələmiz də sevindi, Bakı ondan keçirdi, qısa məsafəli vüsal sürət ilə...
Ölkəmizin hərtərəfli inkişafı, bütün bölgələr üzrə müsairləşmə, quruculuq siyasətinin həyata keçirilməsi könlümü xoş edir, bir vətəndaş kimi çox sevinirəm. Ancaq bir məqam var. Bir məqam var ki, onu vurğulamadan nöqtə qoya bilməyəcəm yazıma, içimdə baş qaldıran hislər yaz, arzula, istə, ümid et və inan deyir. Yerliçiliklə aram olmasa da, ürəyimdən keçən bu hissi dilə gətirməkdən çəkinməyəcəm: kaş belə qatarla bir gün Kəlbəcərə də gedəydik. Əslində gələcəkdə belə bir hadisənin baş verəcəyinə inanıram. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri, Kəlbəcər həsrətlisi Cavid Qurbanovun da eyni arzu ilə yaşadığı aylar əvvəl mediaya verdiyi açıqlamada öz əksini tapmışdı. Qurum rəhbəri olaraq bu arzunu həm də gələcək plan kimi gerçəkləşdirmək, həyata keçirmək imkanlarının olduğunu nəzərə alsaq, niyə də inanmayaq?!!
Dalidag.az










Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
