Reklam

Azad edilmiş ərazilərdə abidələr pasportlaşdırılır - VİDEO
09-05-2021 18:24

Dalidag.az-ın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına deyib ki, işğaldan azad olunan ərazilərdəki abidələrin qorunması və mühafizəsi üçün onların pasportlaşdırılmasına başlanılıb.
Qeyd edək ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğalda olan zaman ermənilər tərəfindən dağıntılara və mənimsəmələrə məruz qalıb.
Dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz İslam mədəniyyətinə aid olan abidələrdir. Bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və ziyarətgahlardır.
Mənimsənilən abidələr isə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və Orta əsrlərə aid xristian dini təyinatlı komplekslərdir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb və ermənilər tərəfindən mənimsənilib.
Dalidag.az



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar