Reklam
“Bu bəyanat ABŞ-ın tarixinə qara hərflərlə yazılacaq” - Aqil Məmmədov
26-04-2021 13:22

ABŞ prezidenti Cozef Baydenin 24 aprel çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi yalnız erməni lobbisinə seçkilərdə verdiyi vədlə bağlı deyil. Bu eyni zamanda, ABŞ-Türkiyə münasibətlərinə vurulan zərbədir. Bu bəyanat ABŞ-ın dövlət siyasəti tarixinə qara hərflərlə yazılacaq”.
Dalidag.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Məmmədov ABŞ prezidentinin məlum bəyanatına münasibət bildirərkən bu fikirləri söyləyib.
A.Məmmədov bildirib ki, bu və bundan əvvəl yalançı “soyqırımı tanıma” qərarları yalnız siyasi məna daşıyıb: “İndiyə qədər müxtəlif ölkələrdə verilmiş bu kimi bəyanatlar tarixi faktlara əsaslanmayıb, Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Türkiyə ən yüksək səviyyədə dəfələrlə bu mövzuda Osmanlı arxivlərini açmağa hazır olduğunu bəyan edib. Lakin, nə Ermənistan, nə də onun havadarları tarixçilərin bu hadisələri araşdırmasında maraqlı olmayıblar. Çünki, məqsəd olmamış bir soyqırımı araşdıqmaq deyil, bu təbliğatdan Türkiyəyə qarşı istifadə etmək olub”.
Millət vəkilinin sözlərinə görə hər zaman olduğu kimi bütün Azərbaycan xalqı Türkiyənin yanındadır: “ABŞ prezidentinin məlum bədnam bəyanatından dərhal sonra Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə danışdı və Azərbaycan dövlətinin, xalqının dəstəyini ifadə etdi. Bizim birliyimiz bizim gücümüzdür. Bu birliyi hər zaman təmin etməklə, qarşımıza çıxan əngəlləri birlikdə həll edə biləcəyik”.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 26-04-2021 13:22
Baxış sayı: 3283Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















