Reklam
Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək
14-11-2019 19:37

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək.
Dalidag.az xəbər verir ki, noyabrın 18-də saat 19:00-da Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi baş tutacaq.
Mərasimdə Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Noyabrın 19-da “Özbək kinosu həftəsi” çərçivəsində Özbəkistanı təmsil edən nümayəndə heyəti Dövlət Film Fondunun fəalliyyəti ilə tanış olacaq, Azərbaycanın kino xadimləri ilə görüş keçirəcək, gələcəkdə kino sahəsində əməkdaşlıq barəsində müzakirələr aparacaq.
Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayılı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq, sakinlərlə görüşlər keçirəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.
Qeyd edək ki, filmlərin nümayişlərinə giriş sərbəstdir.
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 14-11-2019 19:37
Baxış sayı: 3582Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























