Reklam
Rusiya "Bayraqdar"a qarşı yeni sistem yaradır
19-04-2021 10:50

Rusiyalı mütəxəssislər PUA-lara qarşı dünyada ilk dəfə “havada mina” sistemini yaradıb.
Dalidag.az xəbər verir ki, bu sözləri Rusiyanın “Rostex” şirkətinin nəzdindəki ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib.
Onun sözlərinə görə, “havada mina” sistemi daha əvvəl Rusiyada yaradılmış “Lanset” PUA-larının əsasında ərsəyə gətiriləcək:
“Daha əvvəl əldə etdiyimiz 300 km/s sürəti ilə bunu rahatlıqla edə bilərik”.
Qeyd edək ki, Zaxarovun istifadə etdiyi “havada mina” ifadəsi bir neçə PUA-nın havada patrul xidməti göstərməsi və digər PUA-ların keçə bilməyəcəyi manenin yaradılması anlamına gəlir. Belə ki, on saatdan artıq havada qala bilən “Lanset” PUA-ları, bir növ, “havada mina” şəbəkəsi yaradır.
Ukraynanın Türkiyənin “Bayraqdar” PUA-ları əldə etməsindən sonra Rusiya tərəfindən belə açıqlama verilməsi xeyli suallar doğurub.
Dalidag.az
Kateqoriya: Karusel
Tarix: 19-04-2021 10:50
Baxış sayı: 3290Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























