Reklam
Paşinyan: Rusiyanın bizə satdığı qırıcıların sursatı yox idi
21-03-2021 10:55

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsindən əvvəl Rusiyadan alınmış “Su-30CM” qırıcı təyyarələri döyüş sursatına malik olmayıb.
Dalidag.az xəbər verir ki, baş nazir bununla keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyanın Ermənistan Rusiyadan döyüş sursatları olmayan “Su-30SM” təyyarələri alması barədə açıqlamasını təsdiqləyib.
"Bizi ittiham edirlər, soruşurlar ki, niyə təyyarələr aldıq? Bəli, biz təyyarələri aldıq, bəli, müharibəyə qədər raketləri almağa müvəffəq olmadıq. Yaxşı, təyyarələri siz alardınız və biz də raketləri alardıq", - Paşinyan deyib.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonra istefaya gedən Movses Akopyan hələ 19 noyabr 2020-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, Paşinyan silahlanma planını dəyişdirib.
"Su-30SM" qırıcı təyyarələri aldılar. "Su" təyyarələri bizə lazım deyildi. Bu təyyarələr burada sursatlarsız qalıb. Rusiyanın hökumətin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır", - Akopyan deyib.
Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib. Nazirlik iddia edib ki, Akopyanın bəyanatları nəinki həqiqətə uyğun deyil, həm də dövlət sirridir. Nazirlik “Su-30SM” təyyarələrinin döyüş sursatlarına malik olmaması barədə iddiaları yalan adlandırıb.
Lakin Nikol Paşinyanın dünənki açıqlaması generalın haqlı olduğunu üzə çıxarıb.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 21-03-2021 10:55
Baxış sayı: 4303Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























