Reklam
Dünya şöhrətli rejissor Bakıda “ustad dərsləri” verib
10-11-2019 15:03
Dünya şöhrətli rejissor Robert Rombout Azərbaycandadır.Dalidag.az-ın məlumatına görə, məhşur rejissor 4 noyabrdan etibarən Avropa İttifaqının təşkil etdiyi “Fantaziya” festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetinin tələbələri üçün “ustad dərsləri” verib.
Qısa müddət ərzində tələbələrə sənədli filmin incəliklərini öyrədən rejissor Robert Rombout daha sonra dərslərin daha maraqlı olması və tələbələrin bilik və bacarıqlarının ortaya qoyulması üçün film çalışmalarına start verib.
Bu zaman tələbələrə Bakının qədim tarixini özündə əks etdirən və hal-hazırda sökülmək üzrə olan “Sovetski” ilə bağlı qısametrajlı sənədli filmlər hazırlamaq tapşırığı verilib.
Film çalışmaları zamanı tələbələrlə fərdi məşğul olan Robert Rambout özü də “Sovetski”yə gələrək, tələbələrin işini yaxından izləyib və onlara sənədli filmlərlə bağlı öz tövsiyələrini verib.
Məşhur rejissorun ustad dərsləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universititetində, Bakı Xalça Muzeyində və “Landmark” otelinin “Sinema club” zalında keçirilib. Dərslərin və çalışmaların nəticəsi olaraq 10 noyabr saat 14:00-da Azərbaycan Xalça muzeyində tələbələrin çəkdikləri qısametrajlı sənədli filmlərin nümayişi keçiriləcək.
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 10-11-2019 15:03
Baxış sayı: 3579Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























