Reklam
Kəlbəcərli komandir Anar Səttarzadə - döyüşçülərimizi tanıyaq
13-03-2021 11:28
Azərbaycan Ordusunun qırx dörd günlük zəfər yürüşü nəticəsində şok keçirən düşmən ölkəsi dörd aydan çoxdur ki, təlatümlə çalxalanır. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, dəmir yumruqla düşmənin başını elə əzdik ki, onlar hələ də özlərini düzəldə bilməyiblər. Bu dəmir yumruq xalqla iqtidarın, ordu ilə arxa cəbhənin birlik yumruğu idi. Son iki yüz ildə Azərbaycan xalqı bu birliyə ilk dəfə imza atırdı.
Bu möhtəşəm qələbədə hal-hazırda Tərtər rayonundakı " N"saylı hərbi hissədə taqım komandiri kimi xidmət edən Səttarzadə Anar Rizvan oğlunun da payı var. Anar Səttarzadə 29 noyabr 1987-ci ildə Kəlbəcər şəhərində anadan olmuşdur. Altı yaşında olanda döğulduğu Kəlbəcərin düşmən tərəfindən işğal olunması Anarın ailəsinin də bütün kəlbəcərlilər kimi uzun illər məcburi köçkün olaraq Bakı şəhərində yaşamasına gətirib çıxarmışdır. Anar orta təhsilini Bakıda başa vurduqdan sonra ali təhsilini Bakı Biznes Universitetində almış, eyni zamanda rus və ingilis dillərini mükəmməl öyrənmişdir. Uşaq yaşlarından idmana maraq göstərən Anar müntəzəm olaraq kikboks yarışlarında iştirak etmiş, üç dəfə çempionluq kürsüsünə qalxmış,medallar və kubokla mükafatlandırılmışdır. O, bir dəfə kikboks üzrə Azərbaycan çempionu, bir dəfə Avrasiya çempionu olmuş,bir dəfə isə Heydər Əliyev kubokunun sahibi olmuşdur.
2009-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Akkord Şirkətlər Qrupunda işləmiş, daha sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində mühafizəçi vəzifəsində işləmişdir. Doğma Kəlbəcərimizin işğal altında olması Anarı heç vaxt rahat buraxmamış,bu səbəbdən də Azərbaycan Respublikasınin Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək könüllü surətdə yenidən hərbi xidmətə başlamış, artıq iki ildən çoxdur ki, Tərtərdə hərbi xidmətini davam etdirir. Döyüşlər başlayan ilk gündən Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində gedən döyüşlərdə minamyotçu kimi iştirak etmiş, neçə-neçə düşmən mövqelərinin məhv edilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Qırx dörd günlük müharibədə çətin bir döyüş yolu keçən Anar Səttarzadə ilə söhbətimiz zamanı bildirdi ki,çətin döyüşlər heç zaman bizi qorxutmadı,əksinə düşmənə nifrətimizi artırdı. Vətənimizi azad etmək üçün hər cür çətinliyə dözməyə hazır idik. Döyüş yoldaşlarımızda ruh yüksəkliyi çox yuxarı idi. Ona görə də bu döyüşlərdən alnıaçıq-üzüağ çıxdıq. Doğrudan da Anar kimi minlərlə gənclərimiz, bütövlükdə Azərbaycan Ordusu Vətən Müharibəsi sınağından alnıaçıq-üzüağ çıxdılar. Xalqımıza qələbə sevinci yaşatdılar. Bu yolda şəhidlər də verdik, qazilərimiz də oldu. Şəhidlərimizə Allahdan rəhmət diləməklə, qazilərimizə və bütün ordumuzun şəxsi heyətinə can sağlığı arzulamaqla işğaldan azad edib xalqımıza ərməğan etdikləri Qarabağımızın quruculuğu yolunda bütün xalqımıza uğurlar arzulayırıq.
Oqtay SALAHLI
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 13-03-2021 11:28
Baxış sayı: 31 363
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23