Reklam
Ermənilər Şuşada məğlub olan komandirin AXTARIŞINA ÇIXDILAR
28-02-2021 11:05

Ermənilər Şuşada rüsvayçı məğlubiyyətə uğrayan komandirin axtarışına çıxıblar.
Dalidag.az xəbər verir ki, bu barədə Hraparak.am məlumat yayıb.
Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya - Şuşa istiqamətində məğlub olan hərbi birləşmələrə rəhbərlik edən komandirin adını açıqlamaq üçün bir ay vaxt tələb edib.
"Sorğunuza cavab olaraq bildirmək istərdik ki, sorğuda göstərilən məlumatları təqdim etmək üçün əlavə araşdırmalara ehtiyac var. Buna görə sorğunun cavabı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə veriləcək", - nazirliyin cavabında deyilir.
Bildirək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri yalnız yüngül silahlarla silahlanaraq dağlardan, meşələrdən, cığırlardan keçərək, düşmənlə əlbəyaxa savaşaraq Şuşa şəhərini 8 noyabr tarixində işğaldan azad ediblər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhərin azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. O vurğulayıb ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.publika.az
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 28-02-2021 11:05
Baxış sayı: 3317Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























