“Vətən müharibəsi zamanı 3 yox, 5 general təqaüdə göndərilib” - Hərbi bloqqerdən maraqlı İDDİA

10-02-2021 13:25

Vətən müharibəsi zamanı beş general təqaüdə göndərilib.
Dalidag.az xəbər verir ki, bu iddia ilə hərbi bloqqer Tofiq Şahmuradov çıxış edib.
Hərbi bloqqer bildirib ki, döyüşlər vaxtı 3 yox, 5 general pensiyaya göndərilib. General-mayor Aleksandr Vasyakıda bu siyahıya əlavə etsək, pensiyaya göndərilən generalların sayı altıya çatır.
"Vasyak əvvəl Baş qərargah rəisinin dəftərxana rəisi idi, sonradan orada mülki ştat ləğv olundu və Vasyak qeyri-rəsmi Baş qərargah rəisinin birinci müavininin otağında otururdu və bütün təyinatlara, ordudakı ştat dəyişikliyindən tutmuş hər bir şeyə bir başa nəzarət edirdi. General-leytenant Zahid Hüseynov Baş qərargah rəisinin birinci müavini təyin olunandan sonra Vasyak Koordinasiya idarəsinin rəisinin otağında otururdu. Korpusların qerargah rəisi səviyyəsində təyinata belə, Vasyak baxırdı, onun rəyi əsasında Nəcməddin Sadıqov qərar verirdi.
Ordu korpuslarında illərin əziyyəti ilə yaradılan snayper bölükləri Vasyakın göstərişi ilə 2019-cu ildə ləvğ olundu. Müharibənin gedişatında Baş qərargah rəisinin birinci müavini general-leytenant Zahid Hüseynovda pensiyaya göndərildi. Zahid Hüseynov Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunların komandanı olarkən o qoşun növün dağıtmışdı", - hərbi bloqqer Tofiq Şahmuradov belə yazıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov təqaüdə göndərilib.(cebhe.info)

Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 10-02-2021 13:25
Baxış sayı: 4498
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını