Sosial şəbəkələrdə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı Qarabağda məhv etdiyi, Ermənistan ordusunun arsenalına o zamanlar yeni daxil edilmiş və dronlara qarşı nəzərdə tutulmuş “Repellent” radioelektron mübarizə qurğusunun videogörüntüləri yayılıb. Kadrlara əsasən texnikanın qalıqları hazırda Azərbaycan ordusunun nəzarətində olan ərazidədir. Əsgərlərimizdən biri texnikanın qalıqlarının görüntülərini çəkir. “Erməninin texnikası, gör nətər vurub bizimkilər...” -əsgər deyir.
Xatırladaq ki, Azərbaycan ordusu döyüş əməliyyatları zamanı cəbhənin müxtəlif itiqamətlərində düşmənin 4 “Repellent” radioelektron mübarizə qurğusunu məhv edib. Bu qurğular Rusiya hərbi sənayesinin istehsalıdır və pilotsuz uçan aparatlara qarşı ən qabaqcıl vasitə kimi təqdim edilirdi. Taktiki-texniki göstəricilərinə əsasən bu qurğu 35 kilometr məsafədən müxtəlif tipli kiçik dronları aşkar edir və onların idarəetmə kanallarına nəzarəti ələ keçirərək onun idarəetməsini pozur. Ermənistan həmin komplekləri 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun dünyada ilk dəfə zərbə pilotsuz aparatlarını tətbiq etməsindən bir il sonra Rusiyadan sifariş vermişdi.
Lakin bu qurğular Azərbaycan ordusu qarşısında heç bir işə yaramadı və elə dron zərbələri ilə məhv edildi. O zaman Müdafiə Nazirliyinin yaydığı görüntülərdən birində “Harop” zərbə pilotsuz aparatının “Repellent”i necə məhv etdiyi əks olunmuşdu.virtualaz.org
Reklam
Düşmənin Azərbaycan dronlarına yem olan “Repellent” sisteminin qalıqları - VİDEO
03-02-2021 10:31

Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 03-02-2021 10:31
Baxış sayı: 3384Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























