Reklam
Sevinirəm ki, körpə ikən çıxdığım Kəlbəcərə gənc müəllim kimi qayıdacağam- Şəkil
31-01-2021 19:30
Vətən müharibəsində iştirak etməyi özümə borc bildim. Oktyabrın 1-də könüllü olaraq müharibəyə getdim. Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak etdim.Dalidag.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı Azərtaca-a müsahibəsində Kəlbəcər rayonu 78 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tural Oruczadə deyib.
“Fəxr edirəm ki, qalib ordunun qalib əsgərləri sırasında mən də varam. Özüm kəlbəcərliyəm. Kəlbəcər işğal olunanda 9 aylıq körpə olmuşam.
Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bizə öz ata-baba torpaqlarımızı düşməndən azad etmək üçün imkan yaratdı. Sevinirəm ki, körpə ikən çıxdığım Kəlbəcərə gənc müəllim kimi qayıdacağam”, – deyə Tural Oruczadə qeyd edib.
Dalidag.az

Kateqoriya: Karusel / Sosium
Tarix: 31-01-2021 19:30
Baxış sayı: 3421Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























