Reklam
Kəlbəcərli alimin elmi əsəri beynəlxalq elektron kitabda - ŞƏKİL
14-01-2021 14:48
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzəyevin “Dişli çarxlar və tətbiqi” adlı elmi əsəri “Mühəndislikdə texnoloji inkişaflar” (Mühendislik alanında teknolojik gelişmeler) beynəlxalq elektron kitabında nəşr edilib.Dalidag.az xəbər verir ki, bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, 2020-ci ilin dekabrında İstanbulda türk dilində dərc olunan və 26 fəsildən ibarət kitabın hər fəsli 20-30 səhifədən ibarətdir. Hər fəsil bir elmi əsərə həsr edilib.
BMU alimi Hüseyn Mirzəyevin müəllifi olduğu elmi əsər 16-cı fəsildə (səh. 408-434) yer alıb. Burada dişli çarx reduktorlarının struktur sxemləri araşdırılıb və müqayisəli analiz edilib. Elmi əsərdə, həmçinin ötürmə nisbətinin optimal paylanma üsulları, dişin əyilməyə hesablanma üsullarının müqayisəli analizi, lift qapılarının hərəkət mexanizmi üçün layihələndirilmiş çoxpilləli reduktorun yeni konstruksiyası verilib.
Kitab Türkiyənin milli kitabxanası vasitəsilə 18 dövlətin kitabxana bazalarına yerləşdiriləcək. Kitabı nəşriyyatın aşağıda qeyd olunan internet adresindən ödənişsiz yükləmək olar::http://www.guvenplus.com.tr/guven.../116/bilimsel-kitaplar
Qeyd edək ki, Hüseyn Mirzəyev əslən Kəlbəcər rayonundandı.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 14-01-2021 14:48
Baxış sayı: 31 166Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























