Reklam
Paşinyandan şok açıqlama: "Anbar dolu olub, onlara silah verməyiblər"
28-12-2020 09:42

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.
Bu barədə Nikol Paşinyan Ermənistanın "İctimai” televiziyasında müsahibəsində bildirib.
"Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.
"İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.
Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:
"Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”./report
Dalidag.az
Kateqoriya: Karusel
Tarix: 28-12-2020 09:42
Baxış sayı: 3250Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























