Reklam

Ruhundakı Kəlbəcəri sazda yaşadan Şəhriyar
13-12-2020 17:07

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Şəhriyar 1994-cü il yanvar ayının 19-da Bərdə şəhəri Xanərəb kəndində anadan olub. İlk təhsil yolu paytaxtdan keçib. Orta məktəbi Bakı şəhərində oxuyub bitirən Şəhriyar, təhsilini Gömrük işinin təşkili ixtisası üzrə Bakı Texniki kollecində davam etdirib. Vətənə xidmət borcunu yerinə yetirib, hərbi mükələfiyyyətini qazanıb. Hal-hazırda Lənkəran Dövlət Universitetində Beynəlxalq ticarət və logistika fakültəsində təhsil alır.
Şəhriyarın qismətinə Kəlbəcərin işğalından sonra doğulmaq düşüb. İndi adını təxəllüs kimi daşıdığı Kəlbəcərin üzünü görməsə də, ruhu oraların havasına köklənib. Evdən-ailədən gələn yurda bağlılıq anlayışı, gen daşıyıcılarının, qanın ixtiyarsız olaraq köklərə yönəltməsi onun kəlbəcərli kimi yetişməsinə təkan verib. Saz sənətinə, aşıq yaradıcılığına meyilliliyi də elə bu kökdən qaynaqlanıb. Uşaq yaşlarından həvəs göstərib bu sənətə. Mütamadi aşıqları, ustad sənətkarları dinləyib. Fərdi müəllimi olmayıb. Ancaq gördüklərindən, eşitdiklərindən dərs alıb, bəhrələnib. İstedad Tanrıdan gəlib, çalışqanlığı və diqqəti bu istedadı geniş auditoriyaya sərgiləmək imkanı verib. Zamanla dövlət tədbirlərində, konsertlərdə iştirak edib. Uzun müddətdir “Lider” kanalında yayımlanan “Sənin ulduzun” müsabisəqinin iştirakçısıdır. Aşıq Namiq Fərhadoğlunun rəhbərliyi və aparıcılığı ilə keçirilən müsabiqədə Şəhriyar münsif heyətinin və tamaşaçıların rəğbətini qazanıb. İfası bəyənilib. Müsabiqə sms üsulu ilə keçirildiyindən qalib olmaq onun və digər iştirakçıların öz əlində deyil. Düşünürəm ki, elə-obaya, dosta sadiq Kəlbəcər əhli bu yarışmada yurddaşlarını tək qoymayacaq, dəstəklərini əsirgəməyəcəklər. Şəhriyarın müsabiqədə növbəti çıxışı qarşıdakı həftənin çərşənbə günündə nəzərdə tutulub. Gənc aşığa uğurlar diləyir, müsabiqədə və həyatda hər zaman qalib olmağı arzulayıram!
Sevinc Qərib
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
