Reklam
"Şuşanı görmək üçün Azərbaycana gələcəm" - Türkiyəli aktrisa
10-12-2020 09:41

“Bütün qəlbimlə Azərbaycanın bu haqq savaşınızda qələbə çalacağınıza inanırdım".
Dalidag.az-ın məlumatına görə, bu sözləri Türkiyənin tanınmış aktrisası Serpil Tamur "ATV səhər" verilişində deyib:
"Həmişə deyirdim ki, bu hər birimiz üçün bir bayram olacaq və bu bayramı birlikdə qeyd edəcəyik. İndi o günü qələbə günü kimi qeyd edirik. İşğal altında olan topraqlarınızın azad olunmasına görə böyük sevinc hissi keçirirəm. Qələbə günü gecə səhərə qədər gözümü yuma bilmədim. Nə gözəl, ana torpaq birləşdi".
S.Tamur ermənilərin Azərbaycanın tarixi mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizimə də münasibət bildirib:
“Yaşadığınız kədəri hiss etməmək mümkün deyil. Ermənilər bütün abidələri məhv ediblər. O tarixi tikililərin hər biri Azərbaycanın sərvəti və keçmişidir. Heç bir ölkənin keçmişi dağıdıla, yaxud da yox edilə bilməz. Sizin həmin abidələri yenidən bərpa edib dirçəldəcəyinizə inanıram.
Bilmirəm niyə, amma əmin idim ki, torpaqlar alınacaq və bizim olacaq. Şuşa da mədəniyyətin beşiyidir. Şuşanı təkrar öz torpaqlarına qatdığı üçün Azərbaycanı təbrik edirəm. Orada bir teatr, opera, konsert izləmək dünyanın ən gözəl hissi olar. Söz verirəm, ən qısa zamanda Azərbaycana gəlib, Şuşanı görəcəm. Oranı görmək üçün gələcəm”.
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 10-12-2020 09:41
Baxış sayı: 4384Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























