"Allahım, 50 yaşımda itirdiyim Kəlbəcəri, 80 yaşımda görməyi mənə nəsib et"

04-12-2020 20:15
Prof.Şahlar Əsgərov 
əməkdar elm xadimi,
TN yanında İctimai 
Şuranın sədri

Düyünü vuran özü açmalıdır.
Çin xalq misalı

Qarabağ düyününün yaşı 30 deyil, 200 ilə yaxındır. Bu problemin görünən yaşı 30 ildir. Görünməz yaş isə 150 ildən çoxdur. Ötən 150 il ərzində tarix xeyli saxtalaşdırılmış, ermənilər tədricən silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdi. Əhalidə quş tüfəngi belə qalmamışdı. Obrazla ifadə etsək, ermənilər atlanmış, azərbaycanlılar isə atdan salınmışdı.

Bu Qələbənin görünən və görünməz tərəfləri var:

Görünən tərəf budur ki, Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla geri qaytardı. Azərbayca Prezidenti məğlub xalqı məğrur etdi.
Görünməyən tərəf budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın iki yüz ildən əvvəlki durumunu bərpa etdi. Başqa sözlə, bu tarixi qələbə nəticəsində Azərbaycan bölgədə gedən hadisə və proseslərin yenidən idarə edən, aktiv tərəfinə, yəni subyektinə, ermənistan isə passiv tərəfə, yəni obyektə çevrildilər.
Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsini Rusiya prezidenti cənab Vladimir Putin də təkrar etdi. V.Putin ikinci böyük dövlət rəhbəri idi ki, “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır”- dedi. Bu etirafa çox sevindim, ona görə ki, “Qarabağa düyün” elə çar dövründə vurulmuşdu. Çinlilərin ata sözündə deyilir ki, düyünü vuran özü açmalıdır. Deməli, V.Putin çar Rusiyasının 200 il öncə vurduğu düyünü açdı. Əgər bu düyün açılıbsa, onda nə vaxtsa digər düyünlər də açılar, inşAllah. Budur, Qarabağ düyününün fəlsəfəsi və görünməz tərəfi.
Prezidentin 01.12.20 tarixli müraciətindən bir cümlə ilə məqaləyə son vermək istəyirəm:
“Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.
Nə yaxşı ki, qisas qiyamətə qalmadı!
Nə yaxşı ki, Prezidentimiz: “Dağlıq Qarabağ münaqişəsi arxada qaldı!” - dedi.
Nə yaxşı ki, Qarabağ Azərbaycandır!

Şübhəsiz, bu möhtəşəm Qələbənin müəllifi Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Allah Azərbaycan Ordusunu və onun Ali Baş Komandanı İlham Əliyevi qorusun.
Allahım, 50 yaşımda itirdiyim Kəlbəcəri 80 yaşımda görməyi və müqəddəs torpağı öpməyi mənə də nəsib et. Bu sevincli günləri bizlərə yaşatdığına görə müzəffər Ordumuza və Ali Baş Komandana bir daha dərindən minnətdaram!

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 04-12-2020 20:15
Baxış sayı: 2826
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını