Reklam
Ermənistanın müxalifət lideri: “Paşinyan meydanda asılmalıdır”
11-11-2020 14:46

“Razılaşmanın necə izah ediləcəyini, xalq qarşısında necə hesabat veriləcəyini anlaya bilmirəm. Bu xəyanətdir, başqa cür ola bilməz".
Dalidag.az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan deyib.
Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasını həzm edə bilməyən partiya rəhbəri bildirib: “Tariximizin ən biabırçı günlərindən birini yaşayırıq. 30 il ərzində qazanılan uğurdan, bu qədər tökülən qandan sonra heç kimə məlumat vermədən və müzakirə etmədən məlum sənəd imzalanıb xalqa təhvil verilir. Hamımız xatırlayırıq ki, 2 il əvvəl deyirdilər hər hansı bir məsələ xalqla meydanda ümumi müzakirə olunmalı, məlumatlandırılmalıdır. Heç kim bir qarış torpaq verə bilməz, bu millətə xəyanətdir, həmin şəxs meydanda asılmalıdır. Müharibə 27 sentyabrda başladı və ayın 28, 29-da dayandırıla biləcəyi halda Şuşanı təhvil verərək sənəd imzalandı. Bu razılaşmanın necə izah ediləcəyini, xalq qarşısında necə hesabat veriləcəyini anlaya bilmirəm. Bu xəyanətdir, başqa cür ola bilməz. Şuşa təhvil verildikdən sonra gizli şəkildə sənədə imza atdılar, bununla bağlı xalqa, bütün erməni millətinə, ölənlərə, itkin düşənlərə, yaralananlara, evsiz qalan insanlara, Qarabağdan Ermənistana gələn 100 min erməniyə görə necə cavab verəcəklər?”.
Qeyd edək ki, Dağlıq Qarabağ qələbəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bununla bağlı noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri bəyanat imzalayıblar.
Dalidag.az
Kateqoriya: Karusel
Tarix: 11-11-2020 14:46
Baxış sayı: 4315Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























