Reklam
"Dedin, Kəlbəcərə yollar çəkəcəm, toparla başına qoşunu, qardaş"
15-10-2020 20:13

OXŞA, KƏLBƏCƏRİN QIŞINI, QARDAŞ
Cavid Qurbanova
Dedin, Kəlbəcərə yollar çəkəcəm,
Toparla başına qoşunu, qardaş.
Polad qollar kimi alaq dövrəyə,
O yurdun dağını-daşını, qardaş.
Ötək yamacları, yaraq dağları,
Üzü Ağdabana-elinə sarı,
Dilində şeirinin pıçıltıları,
Oxşa, Kəlbəcərin qışını, qardaş.
Bəhmən həsrət getdi, Sücaət nakam,
Vətən yanğısından kam almadı, kam,
Yollunu kəndinə salıb, bir axşam,
Əy, Dədə önündə başını, qardaş.
Zəfərlər qazanır öndə ər Ordun,
Qələbə timsalı müzəffər Ordun,
Sabah İstisuya yetişər Ordun,
Sındırıb düşmənin dişini, qardaş.
Sinəndə dağ boyda Vətən ahı var,
Bu gidi dünyanın min günahı var,
Hər zülmət gecənin xoş sabahı var,
Sil, daha gözünün yaşını, qardaş.

Elbariz Məmmədli
14 oktyabr 2020-ci il
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 15-10-2020 20:13
Baxış sayı: 2840Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























