Reklam
Yeni Xarici İşlər naziri: "Sizi əmin etmək istərdim ki..."
16-07-2020 18:39
Dalidag.az-nın məlumatına görə, bunu Ceyhun Bayramov iyulun 16-da Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən deyib.
Yeni nazir bildirib ki, həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək: “Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss etmişlər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilmiş, təhsil infrastrukturu müasirləşdirilmiş, təhsil işçilərinin əməkhaqları yüksəldilmiş, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılmış, tələbə yerlərinin sayı artırılmışdır. Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm”.apa
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 16-07-2020 18:39
Baxış sayı: 5494Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























