O, göstərilən etimadı doğrultmağı bacardı

17-06-2020 12:20
Gözlə görünməyən bəla-COVİD-19  bəşəriyyətin çaşqınlıq içərisində izlədiyi bu xəstəlik gəlişi ilə dünyamızı qəflət yuxusundan ayıltdı. 
Dünyamızda tək bəla bu virusmu? Əlbəttə, xeyr. Əslində koronavirusun peyda olmasına qədər də insanlar bir çox xəstəliklərdən əziyyət çəkib və çəkməkdədir. Məsələn, qan xəstəliyi. Qanın insanı yaşatdığını nəzərə alsaq qan xəstəliyinin insanlar üçün nə dərəcədə ciddi problem olduğu göz önündə canlanır. Odur ki, mən də bu yazını qan xəstəliklərindən əziyyət çəkən insanlara və bu ağır xəstəliklə mübarizə aparan həkimlərimizə həsr edirəm. Dünyada olduğu kimi, Azərbaycanda da yetərincə qan xəstəliklərindən əziyyət çəkən insanlarımız var. Bəs, bu xəstələr necə müalicə alır? Dövlətimizin qayğısını yetərincə hiss edə bilirlərmi? Ölkəmizdə bu xəstəliklə mübarizə mərkəzi sayılan ocaqlardan biri-birincisi el arasında Qan inistitu kimi tanınan B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutudur. Digər bir mərkəz isə Talassemiya Mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2009-cu ildə inşa edilmiş  bu Mərkəz  talasemiyalı xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş lazımi avadanlıqlarla təchiz edilib. Mərkəz fəaliyyətə yeni başladığı vaxtlarda bir sıra çətinlikləri olsa da bu çətinliklərin, ortaya çıxan problemlərin həllini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Fondun dəstəyi Mərkəzin fəaliyyətində öz sözünü deyib və Mərkəz böyük inkişaf yoluna qədəm qoyub. Talassemiya Mərkəzinin fəaliyyətinə yeni nəfəs gəlib. 2017 ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü və təqdimatı ilə ölkəmizdə tanınmış hemotoloqlardan olan Valeh Hüseynovun Səhiyyə Nazirliyinin sərəncamı ilə Talasemiya Mərkəzinə direktor təyin edilməsi isə bu şəfa ocağının taleyində tarixi dönüş sayıla bilər. Valeh Hüseynovun qısa müddətdə işində nümayiş etdirdiyi peşəkarlığı, performansı cənab Prezidentimizin diqqətindən yayınmadı. Ölkə başçısının sərəncamı ilə Talasemiya Mərkəzində ən yeni Labaratoriyanın yaradılması üçün vəsait ayrıldı. Prezident işin peşəkara həvalə edildiyinin fərqində idi. Valeh Hüseynov yenə də etimadı doğrultdu. Onun bacarığı, işgüzarlığı sayəsində dünya standartlarına cavab verən Laboratoriya qısa zaman ərzində qurularaq pasientlərin istifadəsinə verildi. Əlbəttə, yeniliklər bununla da bitmədi. Xəstələrin tam olaraq dövlət qayğısı ilə əhatə olunması, dərman peraparatları ilə təchizatı, müasir tələblərə cavab verən yeni mütəxəssislərin Mərkəzə cəlb edilməsi, bütün bu kimi addımların şəffaflıq şəraitində həyata keçirilməsi, şəfaflığı təmin etməyənlərin, nöqsanlara yol verənlərin Mərkəzdən kənərlaşdırılması bu şəfa ocağının mənzərəsini tamam dəyişdi. Valeh doktorun bir rəhbər kimi fəaliyyətində şəffaflığı meyar götürməsi öz sözünü dedi və bu gün də deyir. Valeh Hüseynovun ona göstərilən etimadın doğrultmasını görmək üçün üç il ərzində həyata keçirdiyi  işlərə nəzər yetirmək kifayətdir. Talasemiya Mərkəzində iki il yeddi ay və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitututunda 5 aylıq fəaliyyəti göz önündədir. Talasemiya Mərkəzinin qan təchizatını həyata keçirən qurum  B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu olduğundan bəzən fikir ayrılıqlarının, nöqsanların olmasını hər kəs bilirdi və xəstələr tərəfindən haqlı narazılıqlar olurdu. Cənab Prezidentin bu iki Mərkəzin birləşdirilməsinin məqsədə uyğunluğunu nəzərə alıb Talasemiya Mərkəzi ilə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunu birləşdirən sərəncam imzalaması, Valeh Hüseynovun 2019-cu ilin dekabır ayından birləşmiş B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna icraçı direktor təyin edilməsindən sonra qeyd olunan problemlər də yoluna qoyulmağa başlandı. Valeh Hüseynov ona göstərilən növbəti etimadı da doğrultmağı bacardı. Valeh Hüseynovun təyinatı sanki minlərlə qan xəstəsinə Allah tərəfindən göndərilən bir hədiyyə oldu. Əks halda bu panademiya dövründə qan xəstəliyindən əziyyət çəkən insanların, körpələrimizin vəziyyətinin necə olacağını təsəvvür etmək belə, adamı dəhşətə gətirir. Uğurlu təyinat, peşəkar həkim Valeh Hüseynov gözə görünməyən panedemiyanı yenməyi bacaran mütəxəssis olaraq tarix yazdı. Pandemiya bitdikdən sonra ödüllərə layiq insanlar, həkimlər siyasında ən ön sıralarda Valeh Hüseynovun adı olacağına əminəm. Azərbaycan səhiyyəsinin uğurlu ismi, peşəkar həkim, bu panademiyanın varlığını minlərlə qan xəstəsinə hiss etdirməyən böyük ürəkli insan-Valeh Hüseynov.  Direktoru olduğu Mərkəzdə rüşvətin, ələ baxımlığın kökünü kəsməyi, nəfsinə hakim olmağı bacaran şərəfli insan Valeh HƏKİM, yaxşı ki, varsınız! Nə yaxşı Azərbaycan səhiyyəsində sizin kimi dəyərli peşəkar həkimlərimiz var. Sizə bu şərəfli işinizdə, fəaliyyətinizdə uğurlar diləyirəm!  

Rövşən Hüseynov,
 şair-publisist


P.S. Bu gün "Tibb İşçilərinin Peşə Bayramı Günü"dü. Bu münasibətlə bütün səhiyyə işçilərini təbrik edir, sağlamlığımız uğrunda əlindən gələni əsirgəməyən həkimlərimizə can sağlığı diləyirik.

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 17-06-2020 12:20
Baxış sayı: 23 455
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını