Reklam
"Qarabağa Qayıdış" İB Ədliyyə Nazirliyini məhkəməyə verdi- SƏBƏB
16-06-2020 22:11
"Qarabağa Qayıdış” İctimai Birliyinin dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyi tərəfindən rədd edilib. Bununla bağlı İctimai Birliyin təsisçiləri məhkəməyə müraciət edib.Dalidag.az xəbər verir ki, bu barədə "Qarabağa Qayıdış" İB-nin İdarə Heyətinin sədri Vaqif İsmayıl məlumat verib.
Birlik rəhbəri Qarabağ sevərlərə, "Qarabağa Qayıdış" səhifəsinin izləyicilərinə və mətbuat nümayəndələrinə müraciət edərək, bildirib:
"Məlumunuz olduğu kimi sədri olduğum “Qarabağa Qayıdış” İctimai Birliyinin dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyi tərəfindən əsassız olaraq rədd edilmişdir. Səbəb kimi isə İctimai Birliyin məqsədlərində ictimai birliyin daimi və ya müvəqqəti fəaliyyət göstərməsinin əks olunmamasıdır.
Bu cür absurd cavabın verilməsi Qarabağla bağlı dövlətimizin siyasətinə ziddi. Çünki dövlət başçısı hər bir çıxışında bəyan edir ki, biz tezliklə işğal olunmuş tarixi torpaqlarımıza qayıdacağıq. Bununla bağlı "Qarabağa Qayıdış" İB-nin təsisçiləri olaraq Ədliyyə Nazirliyinin hərəkətsizliyindən məhkəməyə iddia vermişik. Məhkəmənin növbəti iclası 17.06.2020-ci il tarixə saat 15:00-a Bakı İnzibati Məhkəməsinə təyin edilmişdir. (Hakim Pərviz Hüseynov) Sizlərdən xahiş edirik ki, Qarabağ münaqişəsinin ölkəmizin əsas problemi olduğunu nəzərə alaraq bu məsələni diqqətdə saxlayasınız və ictimailəşdirilməsinə köməklik göstərəsiniz".
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 16-06-2020 22:11
Baxış sayı: 4608Yazı axını
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)
















