Daşkəsəndə kəlbəcərli məcburi köçkünün başına gətirilənlər...-Məmur, yoxsa qoçu? -ŞƏKİL/VİDEO

13-06-2020 12:38
Daşkəsəndə məmur başının dəstəsi ilə qoçuluq edir.
Dalidag.az xəbər verir ki, bu barədə "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin saytımızın elektron poçtuna göndərdiyi məktubda bildirilir. Məmur özbaşınalığının qurbanı olmuş kəlbəcərli məcburi köçkün Azər Ağayevin şikayəti əsasında tərtib olunmuş məktubda deyilir:
"Dövlət başçısı çıxışlarında dəfələrlə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.Belələrindən biri ilə bağlı Daşkəsən rayonun Quytul kəndində məskunlaşan Kəlbəcərli məcburi köçkün Ağayev Azər "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlr naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Onun şikayəti Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlu və onun illərdir kənddə yaratmış olduğu “qoluçommaq”lı əmisi oğlanlarıdır. O, İnqilab Allahverdiyevi və ətrafını qanunsuzluqda, onu vəhşicəsinə döyməkdə ittiham edir.“ Hazırda Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlunun doğma qardaşları və əmisi oğlanları  sözügedən kənddə
“kəndxudalıq” edir, əhalini döyüb əzməklə əməlli başlı vətəndaşlara terror edirlər. Hazırda Nəsib Allahverdiyev əmisi oğlu İnqilab Allahverdiyevin qardaşları da daxil olmaqla rayondakı nüfuzları və qulluq mövqelərindən sui-istifadə etməklə , fiziki güc tətbiq etmək yolu ilə əhalinin kasıb təbəqəsini əzməklə məşğuldurlar.
Şikayətdə daha sonra bildirilir ki, bütün bir kəndə qarşı İnqilab Allahverdiyevin kriminal dəstəsi belə əməllər edir, cəzasız qalır. Eyni zamanda insanların halal torpaqlarını mənimsəyib, kütləvi narazılıq yaratmağa çalışır: “Hazırda yaşadığımız Zəylik kəndinin əhalisinin mal-qarasının örüş-otlaq sahəsini ələ keçirərək, kənd sakinlərini hökumətdən narazı salmaq istəyir. Ona görə də, Sizlərdən xahiş edirəm ki, İnqilab  Allahverdiyevin dəstəsinin qanunsuz əməllərinə lazımı qiymət verilməsini təmin edəsiniz. Mənim kimi sadə vətəndaşların tapdanmış hüquqlarının bərpasına göstəriş verəsiniz”".
Dalidag.az
                                        


Kateqoriya: Karusel / Kəlbəcər / Video
Tarix: 13-06-2020 12:38
Baxış sayı: 41 388
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını