Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi olmasına baxmayaraq, bu qaydalara məhəl qoymayan vətəndaşlar keçirilən reyd zamanı cərimə olunublar.
Dəfələrlə xəbərdarlıq edilir və barələrində inzibati cəza tədbiri görülür. Ancaq nə fayda, hələ də müxtəlif bəhanələr gətirərək tibbi maskadan istifadə etməyən, koronavirus təhlükəsini heçə sayanlar var.
Bakı şəhər Baş Polis və Xətai rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində reyd keçiriblər. Metronun Əhmədli stansiyasının ətrafında baş tutan reyd zamanı yenə də tibbi maskadan istifadə etməyərək qaydaları pozan xeyli vətəndaş aşkar edilib.
Avtobus dayanacağında tibbi maskadan istifadə etməyən bu vətəndaş isə etdiyi əmələ haqq qazandırmaqla yanaşı, çəkiliş qrupumuza da hücum edir.
Ticarət obyektlərində işləyən bəzi satıcılar da müştərilərlə ünsiyət zamanı tibbi maskadan istifadə etmirlər.
İnsanlar tibbi maskadan istifadə etməmələrini müxtəlif səbəblərlə əlaqələndirirlər.
İnfeksiyanın daha geniş yayıla biləcəyi yerlərdən biri də ictimai nəqliyyatdır. Nazirlər Kabinetinin qərarına əsasən ictimai nəqliyyatda da tibbi maskalardan istifadə etmək məcburidir. Lakin avtobuslarda bəzi sərnişinlər tibbi maskadan istifadə etsələr də, onların arasında bu qaydaya əməl etməyənlər də var.
Banklar qarşısında növbə gözləyən əksər vətəndaşların da həm tibbi maskadan istifadə etmədiyi, həm də ara məsafə saxlamadığı məlum oldu.
Qaydaları pozan şəxslər 50 manat miqdarında cərimə olundular.
Reklam
Bakıda maska taxmayan sakin: "Ölmək istəyirəm" - VİDEO
10-06-2020 10:33

Dalidag.az
(Baku.vs)
(Baku.vs)
Kateqoriya: Karusel / Sosium
Tarix: 10-06-2020 10:33
Baxış sayı: 3622Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















