Reklam
Kəlbəcərli məktəb direktoru bir aylıq əməkhaqqını zəlzələdən zərərçəkənlərə ianə etdi
09-02-2023 12:16
Xalqımız qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub.Bu dar gündə qardaş köməyinə çatmaq üçün vətəndaşlarımız yardım toplama məntəqələrinə axın edir. Hər kəs əlindən gələn köməyi, yardımı etməyə çalışır.
Kəlbəcər əhalisi də Türkiyəyə yardım kampaniyasında yaxından iştirak edir.
Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Xəqani İbrahimli də bu nəcib və xeyirxah işdə kənarda qalmayıb, özünün bir aylıq əməkhaqqını zəlzələdə zərər çəkənlərə kömək məqsədi ilə ianə edib. Bu barədə sosial şəbəkədə Xəqani İbrahimli özü məlumat verib: “Bir aylıq əmək haqqımı qardaş Türkiyədə tələfata səbəb olan zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım edirəm”, deyərək o bildirib.
Bu addım həm də digər vətəndaşlarımız üçün bir örnəkdi, xeyirxah addımların atılmasına bir çağırışdı.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
Xəqani İbrahimli
Kateqoriya: ---
Tarix: 09-02-2023 12:16
Baxış sayı: 2784Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























