Reklam

Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub - ŞƏKİLLƏR
18-05-2022 18:57

Tədbirdə millət vəkili Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Millət vəkili Aqil Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan 2020-ci ildə torpaqlarını 30 ilə yaxın əsarətdən qurtararaq ərazi bütövlüyünü bərpa etdi. Biz kimliyimizi sübut etdik, azərbaycanlı kimi başımızı qürurla dik tuta bildik. Əldə olunan uğurların, qazanılan nailiyyətlərin memarı məhz Prezident İlham Əliyevdir. Azərbaycan müdrik siyasi xadim, mahir diplomat, qətiyyətli Lideri sayəsində dünyada böyük nüfuz qazanıb. Ölkəmizin regionda və beynəlxalq aləmdə öz sözü və yeri var.

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd etdi ki, Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. 11 iyul 1990-cı ildə, Kəlbəcər-Ağdərə yolundakı Otaqqayada, qeyri-bərabər döyüşdə Şahlar Şükürov və ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım şəhidlik zirvəsinə yüksəldi. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev və I Vitse Prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır.

Şəhid Şahlar Şükürovun qardaşı, əməkdar həkim Malik Şükürov şəhidin ailə üzvləri adından çıxış edərək, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.
Polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!
Dalidag.az




























Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar