Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Dalidag.az xəbər verir ki, Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq. Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü. 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. M ərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin , Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin , Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbər liyi, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlər iştirak ediblər. Film Amerikada doğulub boya-başa çatmış Ceyhun Qarabağlı adlı gəncin baba yurduna - Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən və oradakı yaşantılarından bəhs edir.

İsraillə HƏMAS arasında gedən döyüşlər zamanı azı 48 jurnalist və media nümayəndəsi həlak olub. Ölən 48 nəfərdən 43-ü fələstinli, 4-ü israilli və 1-i livanlıdır. Dalidag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb. Bundan əlavə, 9 jurnalist yaralanıb, 3-ü itkin düşmüş hesab olunur, 13-ü isə həbs edilib. Nigar Dalidag.az
Yazı axını