Reklam
Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib
20-11-2023 19:28
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb.
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda
xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 91 nəfər köçürülüb. Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 20-11-2023 19:28
Baxış sayı: 3180
Yazı axını
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
Ən çox oxunanlar
30-01-2025 14:54