Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr

ABŞ Milli Kosmos Agentliyinin (NASA) “Parker Solar Probe” missiyası 2024-cü il dekabrın 24-də Günəşin səthindən 6.1 milyon kilometr məsafədə ulduza ən yaxın uçuşu həyata keçirəcək. Dalidag.az xəbər verir ki, zond Günəşin yanından 195 km/s sürətlə uçacaq. 2018-ci ildə buraxılan “Parker” getdikcə Günəşə daha çox yaxınlaşan keçidlər etmək üçün nəzərdə tutulub. Gələn ilin sonuna planlaşdırılan uçuş zonda Günəş-Yer məsafəsinin cəmi 4 faizini (149 milyon km) qət etməyə imkan verəcək. Tədqiqatçılar

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir. Dalidag.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılır. Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti,

Astara Pedoqoji Kollecinə direktor təyin olunub. Bu vəzifəyə filologiya elmləri doktoru Kamran Kazımov təyin edilib. Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru işləyib. Qeyd edək ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindən olan Kamran Kazımov Vətən müharibəsi şəhidi Vüsal Kazımovun atasıdır.

Təbrizdə əvvəllər ermənilərin sayı daha çox olsa da, hazırda min nəfərdən də azdır. Ermənilərin saylarının azalmasına səbəb təbrizlilərin erməni əhaliyə münasibətinin nəticəsidir. Dalidag.az xəbər verir ki, bu sözləri təbrizli politoloq Əlirza Zamani İranın Ermənistana Təbrizdə Baş Konsulluq açmasını təklif etməsi ilə bağlı deyib. O bildirib ki, təbrizlilər ermənilərə hər zaman nifrət edib: "Burda yəqin ki, din amili də rol oynayıb. Onları murdar hesab edib, təmasdan çəkinərdilər. İcma kimi

Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş Planları təsdiq ediləcək. Dalidag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib. "Həmin şəhərlərin razılaşdırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir", - deyə o əlavə edib. Dalidag.az

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb. Dalidag.az xəbər verir ki, mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq. Açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidməti MMC-nin, Laçın Abadlıq Xidməti ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim

Ermənistan xüsusi xidmət orqanları qondarma “artsax” ideyasını dəstəkləyənlərin “ovuna” başlayıb. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb. “Hraparak” nəşri iddia edir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “artsax”ın artıq mövcud olmadığı izah olunur. “Milli Təhlükəsizlik Xidmətinə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Dalidag.az xəbər verir ki, Qanuna əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilib: - Ağdam rayonunun Baş Güneypəyə kəndi inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı

Səkinə Baxışzadə YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi “Peşəkar doğulmurlar, peşəkar olurlar”-deyə bir məsəl var. Doğrudan da belədir. İnsanların dünyaya gəlişi təxminən eyni cür olsa da, onların bu dünyada qoyduğu izlər müxtəlif olur. Hər bir insanın bir şəxsiyyət kimi formalaşmasında onu əhatə edən mühit mühüm rol oynayır. Və təbii ki, bu mühitdə təhsil və təcrübə aparıcı rola malikdir. Tanınmış şəxsiyyətlərin peşəkar diplomat və uğurlu dövlət xadimi kimi yetişməsində şəxsi
Yazı axını