Reklam
Ermənistan kəşfiyyatından Qarabağla bağlı inanılmaz ADDIM
28-12-2023 11:05

Dalidag.az publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb.
“Hraparak” nəşri iddia edir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “artsax”ın artıq mövcud olmadığı izah olunur.
“Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında Artak Beqlaryan, Şahramanyanın keçmiş “müşaviri” Vladimir Qriqoryan, (qondarma) “parlamentin sədr müavini” Qaqik Baqunts və digərləri var”, - nəşr yazır.
Erməni KİV-lər separatçılara qarşı bu addımı Ermənistan tarixində bənzəri olmayan, inanılmaz hadisə kimi qiymətləndirir və buna görə Paşinyan hakimiyyətini ittiham edirlər.
Qeyd edək ki, Qarabağda anti-terror tədbirlərindən sonra separatçı rejim özünü buraxmaq haqda qərar qəbul edib. Lakin separatçılar İrəvana qaçdıqqdan sonra bu qərardan imtina etməyə çalışır. Ermənistan hakimiyyəti isə bu iddiaları ölkənin təhlükəsizliyinə təhdid olaraq qəbul edir.
Kateqoriya: Qarabağ
Tarix: 28-12-2023 11:05
Baxış sayı: 3167Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























