Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir. “Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi

Hüseyn Şahbəndəyev, Əməkdar müəllim. Xalq şairi Musa Yaqubu anaraq Xalqımızın bənzərsiz söz sənətkarı Musa Yaqub özünün zirvə ömrünü yaşayır. Böyük ustada baş çəkə bilməsəm də, 2000-ci ildə yazdığım bir yazını paylaşmaqla ehtiramımı bir daha bildirirəm. Yazını Musasevərlərlə bölüşürəm: Hüseyn Şahbəndəyev "Müdriklik hesabatı" (Yazı “Xalq qəzeti”nin 22 avqust 2000-ci il sayında dərc olunmuşdur) Sevimli şairimiz Musa Yaqubun “Payızdan yaza yol varmı” adlı kitabını əlimə alanda şairlə 1993-cü ilin

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 103 gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar

Ermənistan XİN başçısı Ararat Mirzoyan sülh sazişi ilə bağlı Bakıya ünvanladıqları təkliflərin bəzi detallarını açıqlayıb. Dalidag.az xəbər verir ki, Misirin “Qahirə Nyus” (AlQahera News) nəşrinə müsahibəsində Mirzoyan 2022-ci ilin dekabrından bir neçə təklif mübadiləsi aparıldığını bildirib. Onun sözlərinə görə, Ermənistanın təkliflərindən biri delimitasiyanın kriteriyalarının dəqiqləşdirilməsidir: “Dəqiq delimitasiya meyarları olmadan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 102 gündür davam edir. Dalidag.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin

Ermənistanın Müdafiə Nazirliyi dünən guya "Azərbaycan tərəfindən əsir götürülmüş" (ermənilərin məlumatına görə) hərbi qulluqçu haqqında bu gün məlumat yayıb. "Martın 21-də döyüş mövqeyinə avtomobillə qida məhsulları daşıyarkən yolunu azmış hərbi qulluqçu axtarış-xilasetmə işləri nəticəsində martın 22-də tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur", - nazirliyin məlumatında deyilir. Xatırladaq ki, ötən gün Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfin martın 21-də Ermənistan

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib. "Səbəb İranda inflyasiyanın olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur. ”, - Apresyan bildirib.

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib. Bu gün Xalq

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 100-cü günüdür. Dalidag.az xəbər verir ki, ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir. Bu müddət ərzində ekofəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar edirlər. Gün ərzində yoldan Rusiya sülhməramlılarına və ya

Bu yaxınlarda Dədə Şəmşirin doğum günü ilə bağlı təşkil olunmuş dəyərli bir məclisdə iştirak etdim. Burada saz və söz adamlarının yeni fikirləri və dəyərli söhbətlərinin şahidi oldum. Folklorşunas alim İslam Sadığın bir söhbəti isə xüsusi marağa səbəb oldu. O bildirdi ki, Osman Sarıvəlli söhbətlərimizin birində dedi ki, S.Vurğun ömrünün son günlərini yaşayanda hər axşam onun yanında olurdum. Söhbətlərin birində dedi ki, Osman, məndən sonra Aşıq Şəmşiri incidəcəklər, onu qoru. Şairin
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024