Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçknlərin İşləri Üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə - 44 nəfər doğma yurdlarına köçürülüb. Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci

“Heydər Əliyev İli” çərçivəsində Şirvan Kommersiya Məhkəməsi tərəfindən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib. Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunaraq Ulu Öndərin anadan olmasının 100 illiyi

Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Dalidag.az xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.

Ölümün bütün qapıları döyəcəyini bilirik. Onu da bilirik ki, həyatın bu amansızlığından qaçmaq mümkün deyil. Buna rəğmən əzizlərimizin ölə biləcəyini təsəvvür belə etmir və onların bu dünyadan köç etməsini istəmirik. Amma Tanrının bəndəsi üzərində haqqıdır verdiyini bir gün geri almaq. Kəlbəcər eli yenə bir ölüm xəbəri ilə açdı səhərini... Dalidag.az xəbər verir ki, tanınmış qələm adamı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Kəlbəcərin dəyərli ziyalılarından olan Məhəmməd Nərimanoğlunun

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səksən ikinci gündür davam edir. Dalidag.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan
Yazı axını