Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 84 gündür davam edir. Dalidag.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət

Genişmiqyaslı işğal zamanı ukraynalılara qarşı döyüşlərdə 200 mindən çox rus əsgəri və 1800-dən çox zabit həlak olub və ya yaralanıb. Xarici media bildirir ki, bu haqda NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoli məlumat verib. O qeyd edib ki, “bu müharibənin ölçüləri çox böyükdür” və Rusiyanın Ukraynaya hücumundan sonra NATO üzvü olan ölkələr “yeni vəziyyətə” uyğunlaşmalıdırlar. “Rusiya indiyədək 2000-dən çox əsas döyüş tankını itirib. 200 mindən çox rus əsgəri və

"Ermənistan nəhayət “Qarabağın statusu" iddiasından və faktiki olaraq bu məsələdə Moskvanın “xidmətlərindən” imtina edir". Dalidag.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistan baş nazirinin sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib: “Ermənistan Baş naziri Paşinyan rəsmi Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində İrəvanın Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razı

Xocalıda yol qəzası olub, xəsarət alan var. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Şaqman"

Qarabağdakı separatçı-terrorçuların ordumuza qarşı təxribatların hazırladığı gözləntisi hər keçən gün daha da artır. Burada əsas məqsəd erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq və özlərini “tərəf” kimi qəbul etdirməkdir. Son məlumatlar bu kontekstdə xüsusilə diqqət çəkir: qanunsuz erməni silahlı dəstələrin üç videomüşahidə kamerası Ordumuz tərəfindən sıradan çıxarılıb, bununla yanaşı, separatçıların yeni səngərlər qazdığı, “mövqelər” qurduğunu əks etdirən görüntülər

Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçknlərin İşləri Üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə - 44 nəfər doğma yurdlarına köçürülüb. Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci

“Heydər Əliyev İli” çərçivəsində Şirvan Kommersiya Məhkəməsi tərəfindən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib. Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunaraq Ulu Öndərin anadan olmasının 100 illiyi

Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Dalidag.az xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.
Yazı axını
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024