Reklam

Laçın yolunda aksiya 84 gündür davam edir
05-03-2023 11:46

Dalidag.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
